MARKETİNQ

24 May

Netflix ABŞ-da hesab paylaşımı üçün ödəniş almağa başlayır

Hesab paylaşımı ilə bağlı "Netlix", parol paylaşan ABŞ müştəriləri üçün yaratdığı yeni ödəniş cədvəlini açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Netflix" istifadəçilərin ayda əlavə 8 dollar müqabilində hesab məlumatlarını paylaşa biləcəklərini söyləyib.

Digər tərəfdən, bu seçimlərin yalnız standart və premium plandan istifadə edən müştərilərə verildiyi bildirilib.

Şirkət, ABŞ və Kanadada 30 milyon istifadəçi də daxil olmaqla, dünya üzrə cəmi 100 milyon ailənin bir Netflix hesabından istifadə etdiyini vurğulayıb.