MARKETİNQ

18 May

ABŞ-ın Montana ştatında TikTok tamamilə qadağan edilib

Montana ABŞ-da "TikTok"u tamamilə qadağan edən ilk ştat oldu.

Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, qadağa 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Bu tarixdən sonra "TikTok"u "Apple" və "Google" tətbiq mağazalarından yükləmək mümkün olmayacaq. Əks halda, iki şirkət yükləmə və pozuntunun hər günü üçün 10.000 dollar cərimə ödəyəcək.

Zəminə Hüseyn
Fins.az