MARKETİNQ

18 May

Google "Bard"ın xüsusiyyətləri

"Google", "ChatGPT" ilə rəqabət aparan "Bard" adlı süni intellekt tətbiqini geniş kütlələrə açıb."Microsoft" tərəfindən dəstəklənən süni intellekt "ChatGPT" ilk dəfə ciddi rəqabətlə üzləşdi.

Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, "Google" şirkəti tərəfindən yaradılan "Bard" "ChatGPT"də olmayan xüsusiyyətləri ilə diqqət çəksə də, bəzi məqamlarda "GhatGPT"dən geri qalır.

"Bard"ın istifadəçilərinə təklif etdiyi, standart "ChatGPT" tətbiqinin edə bilmədiyi xüsusiyyətlər aşağıdakılardır:

"ChatGPT" pulsuz istifadəçiləri üçün internetə qoşulmuş sorğulara cavab verə bilmir. Bugünkü kriptovalyuta məzənnələrini soruşsanız, sizə kömək edə bilməzlər. Bununla belə, "Bard" ani internetə qoşulmuş cavablar verə bilər. Sizə ani valyuta məzənnələrini və kriptovalyuta qiymətlərini sadalaya bilər.

"Bard"ı "ChatGPT"dən bir addım qabaqlayan xüsusiyyətlərdən biri də mətn əsaslı deyil, vizual məzmun daxil edərək axtarış edə bilməniz və bəzi cavabları vizual olaraq dəstəkləyə bilmənizdir.

"Bard" 26 dildə cavab vermək üçün proqramlaşdırılıb və bu dillər arasında tərcümə edə bilir. 

Zəminə Hüseyn
Fins.az