MARKETİNQ

11 May

WhatsApp-da böyük xəta aşkarlandı

Mesajlaşma proqramı "WhatsApp"da böyük bir səhv aşkarlanıb.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, istifadəçilər "WhatsApp"ın qapalı olsa belə davamlı olaraq mikrofondan istifadə etdiyini müşahidə ediblər. Bu problem "Samsung", "Google" da daxil olmaqla bir çox "Android" telefonlarına təsir edir.

"Android"in məxfilik idarəetmə panelində mikrofondan istifadə tarixini göstərən ekran görüntüsündən də göründüyü kimi, "WhatsApp" tətbiqi mikrofona çox tez-tez daxil olur. "Android" status çubuğundakı yaşıl nöqtə bildirişi də istifadəçilərin vəziyyəti görməsini asanlaşdırdı.

"WhatsApp" problemin onlar tərəfindən deyil, "Android" əməliyyat sistemindən qaynaqlandığını iddia edir. "WhatsApp"ın məlumatına görə, "Android" əməliyyat sisteminin məxfilik panelində məlumatları yanlış əlaqələndirən xəta var. "WhatsApp" "Google"dan bu vəziyyəti daha dərindən araşdırmasını istəyib.