MARKETİNQ

10 May

Tviterə yeni funksiyalar gələcək

İlon Mask "Twitter" üçün yeni planlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Twitter" də səsli və görüntülü söhbət, həmçinin şifrəli birbaşa mesajlaşma təmin ediləcək.

Əvvəllər istifadəçilər yalnız mesaj bölməsində ən son mesaja cavab verə bilər və yalnız müəyyən emojilərlə cavab verə bilərdilər. İstifadəçilər artıq ən son deyil, istənilən mesaja cavab verə və istənilən emojidən istifadə edə bilərlər.

Mesajlarda şifrələmə o deməkdir ki, mesajı yalnız göndərən və qəbul edən şəxs görə bilər.

Zəminə Hüseyn
Fins.az