2023-cü ilin ilk rübündə "Mac" tədarüklərində 40,5% azalma yaşayan "Apple" sənayeni şoka salıb.
Fins.az "CNN"ə istinadən xəbər verir ki, "Apple", "ASUS", "Dell", "HP" və "Lenovo" da daxil olmaqla beş ən böyük fərdi kompüter istehsalçısı zəif tələb və davam edən inventar çətinlikləri fonunda birinci rübdə tədarüklərdə ikirəqəmli azalma müşahidə edib.
Keçən ilin eyni dövrü ilə müqayisədə yaşanan dəyişiklik aşağıdakı kimi olub:
1. "Lenovo": -30,3%
2. "HP Inc": -24.2%
3. "Dell Technologies": -31,0%
4. "Apple": -40,5%
5. "ASUS": -30.3%
Zəminə Hüseyn
Fins.az