MARKETİNQ

04 Aprel

Almaniya ChatGPT-ni bloklaya bilər

ChatGPT Almaniyanın da radarındadır.

Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki,  Almaniya Hökumətinin Məlumatların Mühafizəsi və İnformasiya Azadlığı üzrə Federal Müvəkkili Ulrix Kelber bildirib ki, Almaniya, prinsipcə, lazım gələrsə, ChatGPT-ni bloklaya bilər.

OpenAI tərəfindən hazırlanmış süni intellektə əsaslanan chatbot ChatGPT-dən sonra İtaliyada şəxsi məlumat qaydalarını pozduğuna görə bloklanıb. Almaniyadan da belə bir açıqlama gəldi.

Zəminə Hüseyn
Fins.az