Avstraliya təhlükəsizlik baxımından Çin sosial media platforması TikTok-un federal hökumət cihazlarında istifadəsini qadağan edən "Beş Göz" kimi tanınan "elektron kəşfiyyat" ittifaqının sonuncu üzvü olub.
Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, Avstraliyanın qərarı ABŞ, Kanada, İngiltərə və Yeni Zelandiya üzvlərindən sonra gəlib.
Qeyd edək ki, İlk dəfə 1946-cı ildə ABŞ və İngiltərə arasında imzalanıb. Kanada, Avstraliya və Yeni Zelandiyanın iştirakı ilə genişlənən UKUSA kimi tanınan “elektron kəşfiyyat” ittifaqı “Beş Göz” adlanır.
Zəminə Hüseyn
Fins.az