MARKETİNQ

04 Aprel

"Twitter"in loqosu dəyişib

Sosial şəbəkə olan "Twitter"in loqosu dəyişib.

Fins.az CNN-ə istinadən xəbər verir ki,  "Twitter"in sahibi İlon Mask ənənəvi sərçə loqosunu "Dogecoin"lə (kriptovaluyta) dəyişib.

"Dogecoin" kriptovalyutasında it təsviri yer alıb.Digər tərəfdən kriptovalyuta birjalarında Dogecoin qiymətində 20% artım olduğu iddia edilir. 

Twitter-də mavi sərçə loqosunun dəyişdirilməsinin səbəbi hələ bilinməsə də, köhnə loqonun gəlib-gəlməyəcəyi ilə bağlı açıqlamalar təqib edilir.

Zəminə Hüseyn
Fins.az