MARKETİNQ

27 Mart

Twitter kodları internetə gizli yolla yayımlanıb

Məlum olub ki, Twitter-in onlayn işləməsini təmin edən bəzi kodlar internetə yayımlanıb.

Fins.az CNN-ə istinadən bildirir ki, şirkətin Kaliforniya əyalətindəki yerli məhkəməyə təqdim etdiyi sənədlərdə Twitter-i işlədən kodların bir hissəsinin Github-da dərc edildiyi bildirilib. Github Microsoft-a məxsus kod və proqram təminatı paylaşma platformasıdır.

Məhkəməyə təqdim edilən sənədlərə görə,  Twitter kodu yayan şəxsin kimliyinin açıqlanmasını tələb edir.

Məhkəməyə təqdim edilən sənəddə kodu yayan şəxsin ləqəbinin “İfadə azadlığını sevən” mənasını verən “FreeSpeechEnthusiast” olduğu bildirilib.

Github cümə günü Twitter-in tələbi ilə kodu platformadan çıxardığını açıqlayıb. Martın 24-də məhkəməyə edilən müraciətlə bağlı Twitter heç bir açıqlama verməyib. Eyni zamanda, Github kodun platformada nə qədər qaldığı barədə məlumat verməyib.

Zəminə Hüseyn
Fins.az