Azərbaycanda qida sənayesi sahəsində uğurla fəaliyyət göstərən “Vest Produkt Marketinq” MMC qardaş ölkə Türkiyədə baş verən zəlzələdən zərəkən insanlara yardım edib.
Fins.Az-ın məlumatına görə, “Westgold”, “Golden Crown”, “Gerda”, “Korovushka”, “Ashrafi” və “Sun Palermo” və başqa brendlərin idxalı və distribusiyasını həyata keçirən “Vest Produkt Marketinq” MMC tərəfindən qardaş Türkiyədə baş verən zəlzələdən təsirlənən insanlara yardım etmək məqsədilə AFAD rəsmi hesabına 500000 TL dəyərində yardım edilib.
“Qardaş ölkə Türkiyədə baş verən dağıdıcı zəlzələ xəbərini dərin kədər hissi ilə qarşıladıq. Şirkətimiz adından zəlzələdə həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik.
Tezliklə baş verən hadisənin nəticələrinin aradan qaldırılmasına və insanların normal həyatlarına davam etməsinə ümid edirik.” – deyə, şirkət rəsmiləri bildirib.
Qeyd etmək istəyirik ki, “Vest Produkt Marketinq” MMC ölkəyə əsasən kərə yağı, duru yağ, pendir, düyü markalarının idxalını və distribusiyasını həyata keçirir.
Fuad Mədətov
Fins.Az