MARKETİNQ

11 Fevral

İnsan və biznes

Biz biznesi necə görürük?

Əlbəttə ki, böyük pul qazanmaq, varlı olmaq, əla yaşamaq və s. Lakin dərinliklərə getdikcə həqiqətən belədirmi? Əlbəttə ki, yox. Bəli düzgün qurulmuş sistemləri olan bir biznes sizə milyonlar qazandıra bilər, lakin bunun üçündə ciddi əziyyət və əmək verməlisiniz.

 

Əvvəlcə onu bilməliyik ki, hər bir pul qazanan şəxs heç də biznesi var, demək düz deyildir. Sual: Müstəqil taksi sürücüsü biznes işlədən sayılırmı? Bəs müstəqil tort bişirərək satan şəxs?

Əgər bu şəxslərə biznes işlədən şəxs bilirsənsə, deməli dostum biznes haqqında öyrənməli olduğun məsələlər həddindən artıq çoxdur.

Gəlin aşağıdakı sturuktur ilə bunu daha da detallı izah edim:

Employye- İşçi

Müsbət: Riskləri azdır, kankret zaman daxilində işləyir, vergi, borclanma və s. kimi biznesin çətinlikləri onu maraqlandırmır, aylıq maaşı üçün çalışır və sadəcə maaş və işinin yaxşı getməsi maraqlandırır

Mənfi: İxtisara düşə bilər, uzun müddət işsiz qala bilər

 

 

 

Businessmen- Biznesmen
Müsbət: Qazanc imkanları limitsizdir, böyük pullar onun üçün işləyir, işçilər biznesdən asılıdır

Mənfi: Risklər böyükdür, kankret zaman daxilində işləmək imkanı azdır, vergi və s öhdəliklər birbaşa üzərindədir

Self-employement- Özü qazanan (taksi, tort bişirən və s)
 

Müsbət: Özü müstəqil qazanaraq qazancını təmin edə bilər

Mənfi: Qazancı limitlidir. Yəni bir taksi sürücüsü maksimum 5-10 arası sifariş götürə bilər, tort bişirən maksimum 2-3 tort hazırlaya bilər

 

 

İnvestor- İnvestor

Müsbət: Pullar sənin üçün işləyir

Mənfi: İnvestisiya batarsa həmin şəxsin pulu da batacaq

Gördüyümüz sxemi başa düşdükdən sonra məncə biznes barədə ən azı müəyyən ilkin anlayışlarımız olacaq. Biznes idarə etmək asan deyildir. Gəlir və xərcləri idarə etmək, vergi, kommunal, maaş və ödənişləri həyata keçirmək ciddi ağıl tələb edir. Biznesin qazandığı 20 min AZN gəlir heç də mənfəət deyil. Əgər sən bu puldan götürsən, sənin biznesinin sturukturu çökə bilər.

İlkin Mirzəzadə