MARKETİNQ

06 Fevral

Dünyanın ən populyar geyim brendinin adı açıqlandı

İtalyanın “Off-White” markası yenidən dünyanın ən məşhur geyim markası olaraq tanınıb.

Lenta.ru-nun məlumatına görə, bu barədə moda sənayesində istehlakçı davranışlarını təhlil etmək üzrə ixtisaslaşmış “Lyst” platformasının araşdırmalarından məlum olub.

Qalibi müəyyən etmək üçün mütəxəssislər axtarış sistemlərində, sosial şəbəkələrdə və onlayn pərakəndə satış saytlarında milyonlarla sorğunu araşdırıb.

Reytinqin ikinci yerində İtaliyanın “Gucci”, üçüncü yerdə isə Fransanın “Balenciaga” moda evidir.  Ən çox axtarılan 10 şirkət arasında “Moncler”, “Versace”, “Fendi” və “Prada”nın adları çəkilib.