Gemius-un araşdırmasına görə, Instagram moda sektorundakı reklam xərcləmələrinə görə, YouTube-u geridə buraxıb. Araşdırma 13-19 yanvar tarixlərini əhatə edir və moda və tekstil dünyasındakı dijital rəqabəti ələ alır.
Ziyaretçi sıxlığına görə zirvədə olan markalar
Gemius-un araşdırmasına görə, desktop üzərindən istifadəçilərin ən çox ziyarət etdiyi marka LC WAIKIKI olub. LC-dən sonrakı pillədə isə İspanyol moda nəhəngi Zara gəlir.
Moda sənayesində ən çox ziyarətçi qəbul edən ilk 5 saytın sosial-demoqrafik təhlilinə baxdıqda belə nəticəyə gəlmək olar ki, ziyarətçilərin ən böyük hissəsi 40%-lik pay ilə AB SES qrupunda qərar tutub.
Ən maraqlı nüans odur ki, ziyarətçilərin 61%-i qadınlardır. Yaş qrupu olaraq isə 25-34-ı əhatə edir.
Instagram reklam xərcləri üzrə YouTube-u geridə buraxıb
Tekstil / moda sənayesində fast-fashion axını yüksəlir. Bu isə özü ilə media büdcəsinin artırılmasını və rəqabəti gətirir.
Dijitallar kanallar YouTuber və influencerlərin alış qərarına təsiri ilə bağlı olaraq, media büdcələrindən də böyük paylar almağa başlayıblar.
Dijital rəqabətdə ən çox real ziyarətçi sayına çatan marka, ümumi PC platformasında LCW, Instagram mobil tətbiqetməsində Defacto, Facebook mobil tətbiqetməsində LCW və YouTube mobil tətbiqetməsində yenə LCW olub. Ən böyük media büdcəsi isə sadəcə 3 platforma üzərində qərarlaşıb. Belə ki, 46% ilə birinci yeri Instagram, 42%-lə Facebook, cəmi 12% ilə isə YouTube yer alır. Instagram-ın media büdcəsindən daha çox pay almasını isə ekspertlər burada vizualın daha qabarıq formada ifadəsi ilə bağlayırlar.
©Facemark.az