“Twitter” və “Square”nin yaradıcısı hər şeyi çatdırmaq və daha çox nəticə əldə etmək üçün işin həftəlik günlər üzrə necə düzgün bölüşdürülməsindən bəhs edib.
2011-ci ildə Jack Dorsi eyni zamanda həm “Twitter”i, həm də Square-ni idarə edirdi və gündə təxminən 16 saat işləməli olurdu. İki şirkətə eyni vaxtda rəhbərlik edən zaman Dorsinin nə qədər çoxlu tapşırıqların öhdəsindən gəlməli olduğunu nəzərə alaraq, bu vəziyyətdə məhsuldar və diqqətli olmağının necə çətin olduğunu təssəvvür edin.
Bəs o özü üçün necə qrafik tərtib edib?
Bazar ertəsi: bütövlükdə menecmentliyə və şirkətin idarəçiliyinə fikrini yönəltmək
Çərşənbə axşamı: məhsula diqqət etmək
Çərşənbə: marketinq, əlaqələr və inkişafa fikrini yönəltmək
Cümə axşamı: proqramçılara və tərəfdaşlığa diqqət yetirmək
Cümə: şirkətin özünə, mədəniyyətinə və işə qəbula diqqət ayırmaq
Şənbə: istirahətə vaxt ayırmaq
Bazar: düşüncələrə, geri əlaqəyə, strategiyalara və növbəti həftəyə hazırlığa yönəlmək.
Hansı gündə nə edəcəyini qabaqcadan biləndə həqiqətən də işə fikrini cəmləməyin mümkün olub-olmadığını yoxlamaq üçün Dorsinin bu metodunu tətbiq etməyə dəyər.