MARKETİNQ

29 Yanvar

Fast-food restoranları şəbəkəsindən yeni reklam çarxı: Qalib gələn yeməyi alır

Fast-food restoranları şəbəkəsi Taco Bell yeni bir kampaniyaya imza atıb.

Fins.az xəbər verir ki, böyük “Nacho Party Packs” üçün hazırlanan “Nacho Fight” adlı kampaniya Deutsch LA imzası daşıyır. Reklam çarxı ilə şəbəkə yeni məhsulunu reklam edir.

 

Deadpool 2 filminin rejissoru David Leitch bu dəfə reklam çarxı üçün rejissor “kresol”suna əyləşib. Holivud filmlərindən geri qalmayan reklam çarxı aksiyon səhnələrə sahibdir.

Aksiyon səhnələri ilə bəzədilən reklam filmini 1961-ci ildə istehsal edilən romantik komediya The Parent Trap filmində Let’s Get Together mahnısı müşayiət edir. Hərəkətli mahnı ilə bərabər, ortaya xeyli əyləncəli və həyəcanlı səhnələr çıxır.

©Facemark.az