MARKETİNQ

28 Yanvar

Sosial məcrada təhlükəsizliyimizi necə qoruyaq? – Bunlara diqqət edin!

Türkiyənin marketinq və dijital üzrə yazarı Funda Güleçin facemark.az üçün yazısı.

Hər sosial şəbəkənin fərqli strukturu, hədəf kütləsi, faydası və s. var. Məsələ təhlükəsizlik olduqda isə risk və narahatlıqlar hamısında ortaq olur.

 

Şifrə təhlükəsizliyi və iki faktorlu identifikasiya

Sosial media hesablarınızın şifrələrini sizi tanıyanlar asanlıqla təxmin edə bilər mi? Hesablarınıza giriş etmək üçün eyni şifrədən mi istifadə edirsiniz? Bu bəsit suallara bəli deyə cavab verirsinizsə, kompüter hakerlərinin hədəfinə tuş gələ bilərsiniz.

Hər bir sosial məcrada iki faktorlu identifikasiya funksiyası var. Hesablarınıza hər giriş etdiyiniz zaman, parolunuz ilə bərabər, cib telefonunuza təsdiq kodu göndərilir. Bu isə ikinci tərəf girişlərə qarşı hesabınızı qoruyur.

Mesajlar və linklər

Tanımadığınız şəxslərdən gələn e-poçtlar özündə zərərli link və əlavələri ehtiva edə bilər. Təhlükəsiz olmayan hesabların verdiyi linklərə tıklamaq və təhlükəsizliyiniz ilə bağlı gələn mesajlara cavab vermək hesabınızın ələ keçirilməsini asanlaşdırır. Xüsusilə açıq link adresinin olmadığı, qısaltmalara yer verilən linklərə tıklamaq sizi açıq hədəfə çevirir.

Yer bildirimi və ev ünvanınız

Əgər yer bildirimlərini açıq etmisinizsə, paylaşmağı sevirsinizsə, bu halda evdən uzaq olduğunuzu da asanlıqla sizi yaxın izləyici qrupuna əlavə edən birinə məlum olacaq. Təsəvvür edin, evdə uzun müddət olmayacaqsınız. Hələ bir də evinizin imkanlarını, sahib olduqlarınızı paylaşmaqdan çəkinməyən birisinizsə, pis niyyətli insanların hədəfinə elə birinci siz tuş gələcəksiniz. Unutmayın!

Həssas məlumatlar, pasport məlumatları

Kredit kartları, pasport məlumatları, təyyarə bileti və s. həssas məlumatları özündə ehtiva edən məlumatları sosial məcralar üzərindən göndərirsinizsə, pulunuzu və mallarınızı və ya təhlükəsizliyinizi də asanlıqla təhlükəyə ata bilərsiniz. Bu məlumatları göndərmək üçün e-poçt hesabınızdan istifadə etməyiniz daha doğru olacaq.

Bioqrafik məlumatlar və Doğum gününüz

Bir, çox sosial məcranın bioqrafik məlumatlar bölməsi sizi doğulduğunuz gün, ay, təhsil aldığınız yerlər, maraq dairəniz haqqında məlumatları doldurmağınızı istəyir. Sanki sizi işə alacaqlar. Bu məlumatlar hər kəsə açıq olduğu zaman, kimlik oğrularına çoxlu fikir verdiyinizi unutmayın. Profil məlumatlarınızda, sizi aldatmağa, maliyyə və ya tibbi hesablarınızdakı təhlükəsizlik suallarına cavab verəcək qədər məlumat verməməyə diqqət etməlisiniz.

Dost ikən düşmən olan dostlar

Facebook-dakı bir dostunuzu, LinkedIn-dəki və s. məcralarda dostluğunuza qəbul etdiyinizdə, şəxsi məlumatlarınızın çoxuna anında çata bilər.

Digər cihazlar və təhlükəsiz çıxış

Hesabınıza giriş etmək üçün başqasının cihaz (kompüter, telefon, planşet) istifadə etdinizsə, işləriniz bitdikdən sonra bölməni bağladığınız təqdirdə, o cihazın sahibi daha sonra sizin hesabınıza daxil ola bilər. Brauzerlər şifrə kimi məlumatları özündə saxlayırlar, təhlükəsiz çıxış olmadıqda isə, bu məlumatlar təkrar görünə bilər.

Sosial girişləri məcburi tələb edən veb saytlar

Bəzi veb saytlar, bir sosial media hesabı ilə sizi qeydiyyatdan keçmək dərdindən xilas edir. Bunu etmək öncə praktik gələ bilər, ancaq veb sayt hackerlərin əlinə keçərsə, bu halda sosial media məlumatlarınıza da əli çatacaq. Bu problemin qarşısını almaq üçün özünüzə əlavə bir e-poçt aça bilərsiniz. Bu isə sizi veb sayta üzv olmağı asanlaşdıracaq və daha təhlükəsiz edəcək.

Davam edəcək..