MARKETİNQ

28 Yanvar

Spotify hekayələr funksiyasını test edir – Foto

Spotify, platformasına yeni funksiyalar əlavə etməyə davam edir. Ötən il musiqi yayımçıları üçün hekayələr funksiyasını test edən Spotify, indi də fenomenlər üçün bu funksiyanı yoxlamağa başladı.

Populyar musiqi striminq platforması Spotify, fenomenlər üçün Hekayələr funksiyasını test etməyə başlayıb.

Fina.az xəbər verir ki, funksiyanı ilk test edən isə, hazırda 2,33 milyon YouTube abunəçisi, 2,1 milyon Instagram izləyicisi, 126,455 Spotify izləyicisi olan makyaj və moda fenomeni Summer Mckeen olub.

Mckeen, Spotify-da Hekayələr funksiyasını favori mahnılarından olan playlistini paylaşmaq üçün istifadə edir.

Yeni funksiya ilə fenomenlər Spotify-da, eyni Instagram, Facebook və WhatsApp kimi platformalarda olduğu kimi izləyiciləri ilə Story paylaşa biləcək. Spotify Hikayesi-dən istifadə etmək üçün playlistin başlığının üzərində olan dairəyə tıklamaq kifayət edir. Hekayəyə daxil olduqdan sonra kliplər avtomotik olaraq çalınır və irəliləyir. Hekayədə playlist ən yuxarıda görünür.

Mckeen ilə başlayan yeni məcranın Spotify platformasının yaxındakı dövrlərdə əyləncə, həyat tərzi, musiqi sənayesinin digər vacib adlarına da təqdim edilməsi planlaşdırılır.

©Facemark.az