MARKETİNQ

28 Yanvar

Kobi Brayantın kariyerasından keçən reklamlar – Video

Yanvarın 27-də ABŞ-ın Koliforniya əyalətində, Calabasas-da özəl helikopter qəzaya düşüb. Orada ABŞ-ın basketbol əfsanəsi Kobe Bryant olub və qəzada ölüb. Qəzada basketbolçunun 13 yaşındakı qızı-Gianna Maria-Onore də daxil olmaqla digər 8 nəfər də vəfat edib.

Fins.az xəbər verir ki, 41 yaşında vəfat edən Kobe Bryant 1996-cı ildən geyinməyə başladığı Los Angeles Lakers formasını karyerası ərzində heç çıxarmayıb.

 

NBA-da keçirdiyi 20 mövsüm ərzində Lakers forması ilə beş dəfə çempionluq qazanıb, NBA finallarında isə iki dəfə MVP seçilib. 18 dəfə NBA All-Star komandasına seçilən Bryant, bu matçlardan dördündə MVP oldu.

2008-ci ildə Pekin-də, 2012-ci ildə Londonda təşkil edilən Yaz Olimpiya Oyunlarında ABŞ-ın Milli Basketbol Komandası ilə iki dəfə qızıl medal qazandı.

Həyatı ərzində baksetbolu sevən, ya da sevməyən milyonlarla insana ilham qaynağı olan Bryant, NBA-ın qlobal elçiliyini üstələyirdi.

Zambezi adlı kreativ agentliyin investorları arasında da yer alan Bryantın yazdığı və səsləndirdiyi animasiya Dear Basketball, 90. Akademi Mükafatlarında Oscar-a layiq görülüb.

Black Mamba ləqəbli Bryant, aralarında Adidas, Nike, Sprite, Türk Hava Yolları, McDonald’s-ın da olduğu bir çox marka ilə əməkdaşlıq edib.

Bryant-ın karyerasından keçən reklamlardan bəziləri belədir:

Adidas

McDonald’s

Türk Hava Yolları

Sprite

Nike

Guitar Hero

Lenovo

Nintendo

Apple TV

©Facemark.az