MARKETİNQ

24 Yanvar

Milyarder Mark Kuban 20 yaşındakı özünə nə məsləhət verərdi?

Hal-hazırda  Mark Kubanın 61 yaşı var və sərvəti 4 mlrd. dollardır. Amma onu uğura aparan yol rahat olmayıb. O, 20 yaşlı Mark Kubana nə kimi məsləhətlər verə bilməsindən danışıb.

Hələ gənc ikən gələcək milyarder və səhmdar Mark Kuban Pittsburq universitetinə qəbul olur, bir il sonra İndianaya keçir. Sonra yenidən təhsil yerini dəyişib Kelli biznes-məktəbini seçir, çünki, bura ABŞ-ın 10 ən yaxşı biznes-məktəbləri arasında ən ucuzu idi.

Təhsil haqqını ödəmək üçün universitet şəhərciyində barmenən tutmuş rəqs müəlliminə kimi fəaliyyətə başlayır. Kolleci bitirdikdən sonra  təhsil müddətində qazandığı pullara dostları ilə birgə pivəxana açır. Amma tezliklə bu məkan iflasa uğrayaraq bağlanır. Lakin Kuban heç nədən təəssüflənmir.

“Heç nəyi dəyişmə” – milyarder 20 yaşındakı özünə belə bir məsləhət verərdi.

Cavanlıqda Kuban ard-arda uğrsuzluqlar yaşayır: pulsuzluq və təhsil borcları, qovulma ona pis edir. Amma buna baxmayaraq, Kuban o zamanları “ həyatının ən xoş çağları” adlandırır. Milyarder belə hesab edir ki,  cavan olanda insanlar uğura necə nail olunmasını dəqiq bilməyə bilərlər və səhv etmək hüquqları da var.

“Böyüyəndə necə olacağını bilməməlisən. Bütün suallara cavab tapmaq məcburiyyətində deyilsən. Universitet nəticələrin ideal olmaya bilər” – deyə, milyarder Business İnsider-ə müsahibəsində bildirib.

Mark Kuban daha öncələr də qeyd etmişdi ki, uğursuz olana pul kömək etmir. Amma pul ən əsas üstünlüyü qazandırır – hər hansısa xoşagəlməz funksiyaları digər insanlara ötürməklə vaxta qənaət etmək imkanı.