Bu il 67-ci dəfədir ki, keçirilən Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı üçün müraciət başlayıb.
Fins.az xəbər verir ki, bu il festivala “Creative Business Transformation Lions” mükafatı da əlavə edilib və onların sayı 28-ə çatdırılıb.
Bildirilir ki, Cannes Lions 2020-a müraciət Aprelin 16-a qədər davam edəcək.
Festivalın vacib tarixləri, müraciət müddəti və ödənişlər haqqında detallı məlumatı buradan və müraciət təlimatı haqqında isə buradan əldə edə bilərsiniz.
Cannes Lions 2020-də, yəni festivalın tarixində ilk dəfə qadın jüri rəhbərlərinin sayı, kişiləri üstələyəcək.
PR, Film Craft, Outdoor və Print Publishing Lions kateqoriyaları isə yenilənən format ilə festivalda yer alacaq.
©Facemark.az