MARKETİNQ

23 Yanvar

Toyota Startup Awards: sağlamlıq imkanları məhdud olanlar üçün 8 startap

26-28 fevral tarixlərində Barselonada keçiriləcək beynəlxalq Mobile World Congress sərgisi çərçivəsində yeni başlayan sahibkarların növbəti 4YFN ( Years From Now) adlı toplantısı keçiriləcək. Bu, dünyanın ən böyük startaplar tədbiridir. Onun çərçivəsində Toyota Motor Europe səkkiz startap təqdim edəcək, o, sağlamlıq imkanları məhdud olanların həyatını asanlaşdırmaq üçün təklif irəli sürəcək. İştirakçılardan həm də ümumi mobil sahələrdə yenilikçi qərarlar gözlənilir. Onlar bütün insanlara daha rahat fəaliyyət imkanı verəcək və gündəlik yaşayışlarını asanlaşdıracaq.

Ən yaxşı startap Toyota Startup Awards müsbiqəsinin gedişatında seçiləcək. Onu şirkət ISDI biznes məktəbindəki  ISDI Accelerator ilə birgə keçirəcək. Bütün ərizələrdən səkkiz startap seçilib 4YFN konfransına dəvət alacaqlar. Onlar pulsuz iştirak hüququ və həmçinin, MWC-ə giriş əldə edəcəklər. Onlar müsabiqədə iştirak edəcəklər, qaliblər şirkətdən təhsil, özəl səhmdarlarla vasitəçilik, həmçinin, Toyota Motor Europe ilə potensial gələcək əməkdaşlıq kimi dəstək alacaqlar.