MARKETİNQ

16 Yanvar

Qardaş davası milyonlar gətirir – Adidas və Puma

Adidas şirkəti uğurunu Adolf Dassler-ə borcludur. Maraqlıdır ki, onun qardaşı Rudolf Dassler də məhşurluqda heç də Adidas-dan geri qalmayan Puma şirkətini yaradıb.

Qardaşların ortaq şirkəti olub – Gebrüder Dassler. Amma Rudolf satışlara və tərəfdaşlıq sazişlərinə can atdığı bir vaxtda, Adolf  idmançılar üçün ideal ayaqqabılar hazırlamaq niyyətində idi.

Məhz buna görə də o, 1925-ci ildə dünyada ilk dəfə olaraq ortopedik dabanlıqlı və dişli futbol çəkmələri hazırlayır və onlar böyük nüfuz qazanırlar.

Tədricən qardaşlar arasında davalar başlayır. Rudolf  belə hesab edirdi ki, çoxlu yeni modellər istehsal olunacaq və diqqəti köhnələrin satışına yetirmək lazımdır. Adolf isə daim təkmilləşməyin vacibliyində israrlı idi. O, Rudi-yə qulaq asıb yeni modellər hazırlamadan ancaq satış edə bilərdi. Amma belə olan halda dünya “Adidas”ı  görməyəcəkdi.

Ona görə də o,öz məqsədi naminə qardaşı ilə fəaliyyəti dayandırır və “Adidas”ı yaradır. Onların şərik müəssisələri bağlanır. Yolu, heç bir dəstək olmadan tək getmək çətin idi. Qardaşlar arasında gedən daimi yarış problemləri daha da artırırdı. İdmançılar  hansı ayaqqabılarda daha çox yarış qazanırlar?

Adolf-a həyat yoldaşı Kate Dassler kömək edir. Belə ki, o, şirkəti bütün dünyada inkişaf etdirir.Sonra isə estafet oğlu və qızlarına ötürülür. Son olaraq rəqabət estafetinə qardaşların övladları qoşulurlar və hələ də onu davam etdirməkdədirlər.

Amma əgər Adolf öz zamanında yolu, qardaşından ayrı, tək getməklə bağlı qərar verməsəydi çətin ki, Adidas brendi yaranmış olardı.