MARKETİNQ

16 Yanvar

İş adamı təkcə bizneslə məşğul olmaya da bilər…

Karlos Slim Elu meksikalı biznesmen və milyarderdir. O, bir neçə il ard-arda Forbes jurnalının siyahısında dünyanın ən zəngin insanı olub.

Karlos Slim Elunun anası tacir qızı, atası isə qaçqın olub və gələcəyin bu livan əsilli varlısı 1940-cı il 28 yanvarda belə bir sadə ailədə dünyaya gəlib. Ailənin beçinci övladı olan Karlos elə uşaqlıqdan xüsusi  biznes bacarığına malik olub. 17 yaşından atası ona səhmlər yatırmasına icazə verir və elə məhz zəhməti və qətiyyəti sayəsində də bu yaşında ilk milyonunu qazanır.

Amma təhsilini də atmır və Meksika Milli Muxtar Universitetində oxumağa davam edir. Təhsilinin sonunda isə cəbr və proqramlaşdırmadan dərs deyir. Məzun olduqdan sonra isə “İnversora Bursatil”sığorta şirkətini qurur.

Yığdığı kapitalı Karlos havaya sovurmur və mağazalara yatırıb edib otellər alır. Bununla kütləvi tələbat mallarının qiyməti adi meksikalıların cibinə görə hədsiz çox idi.

1982-ci ildə Meksikada defolt (borc öhdəliklərinin yerinə yetirilməməsi) olur. Karlos Slim Elu problemdən tez bir zamanda çıxış yolu tapa bilməsəydi və laqeydlik göstərsəydi iflasa uğrayacaqdı.

Səhmdarların aktivlərindən yaxa qurtarmağa çalışdıqları bir vaxtda Karlos qəpiyə şirkətlrə satın alır və sonra onları nəhəng investisiya holdinqinə çevirir.

Sonralar çox şeylər olur… kömür və filiz işlərini həyata keçirir, nüfuzuna elə zərbələr olur ki, onun yerində başqa birisi olsaydı çoxdan yenilmişdi. Bundan başqa, informasiya texnologiyalarının çox populyar olduğu bir vaxtda bu sənayeyə qarşı panik qorxu yaşayıb.

Amma Karlos bu dəhşətlərə fikir vermədən və işinə davam etməklə heç vaxt təslim olmayıb. Nəticədə Latın Amerikasında bir çox sahələrdə inhisara (monopoliya) və milyardlıq sərvətə nail olur.

Super varlılar aləminin ən öndə gedən adlarından biri olan Slimin bir neçə özəl cəhətləri də var:

İncəsənət vurğunudur. Ogüst Rodenin yaratdğı heykəltəraşlıq nümunələrindən ibarət ən böyük kolleksiyaya sahibdir. 1999-cu ildə vəfat etmiş xanımının xatirəsinə hörmət olaraq, Mexikoda “Museo Soumaya” muzeyinin əsasını qoymuşdur.  Muzeydə onun kolleksiyasında yer alan eksponatlar sərgilənir.

İldə bir dəfə böyük Slim ailəsi, nəvələr və biznesin gələcək varisləri olacaq oğulları ilə birlikdə Meksikanın qərb sahillərində istirahət etmək üçün bir yerə toplaşır. Ailə dəyərləri və məsuliyyəti Slim üçün hər zaman birinci yerdə dayanıb.

Slimin yaşadığı imarətdə xüsusi bir otaq vardır – Bu otaqda hərarət və rütubətin səviyyəsi siqarların saxlanılması üçün məxsusi tənzimlənir. Şahidlərin sözlərinə görə, məhz həmin otaqda Slim siqar çəkərək, onu dünyanın ən zəngin insanına çevirəcək vacib biznes qərarlarını qəbul edib.

Karlos Slim öz altı uşağına riyaziyyatı özü öyrədib. Bu zaman, o, övladlarına həm də biznesin əsaslarını da aşılamağı unutmayıb. Üç oğlu atasının yolunu davam etdirir. Onlardan ən böyüyü – Karlos Slim Domit “Carso Group”-un idarə heyətinin sədri vəzifəsini icra edir.

Meksikanın və eləcə də dünyanın ən zəngin insanı özü nadir hallarda texnologiyanın xidmətlərindən istifadə edir.

Təvazökarlığı, qənaətcilliyi ilə məşhurdur, dəbdəbəni sevmir. Hətta ən yüksək səviyyədə keçirilən görüşlərə belə adi, kalkulyator quraşdırılmış, elektron saatlar taxır. Avtomobilini belə özü idarə edir.

“Carlos Slim Institute of Health” adlı sağlamlıq fond-institutunun təsisçisidir. İnstitut şəkər və xərçəgnlə mübarizə işləri ilə məşğuldur.

Doğma Meksikanın iqtisadiyyatına və təhsil sisteminə milyon və milyardlarla investisiya edir.

Karlos Slim Elu, Nikolas Neqropontenin  “Hər bir uşağa  bir noutbuk” proqramının ən başlıca investorlarından biridir.