MARKETİNQ

14 Yanvar

Facebook yeni funksiyanı işə salır: “Bu, insanların sıx xahişi idi”

Facebook istifadəçilərinin özləri siyasi reklamların miqdarını müəyyən edəcəklər. Sosial şəbəkə ABŞ-da yeni prezident seçkiləri ərəfəsində yeni alətləri işə salır.

Fins.az xəbər verir ki, Facebook istifadəçilərinin özləri siyasi reklamların miqdarını müstəqil müəyyən edəcəklər. Yeni xüsusiyyət artıq şirkətin platformalarında təqdim edilmiş xüsusi reklam paramaterlərinə əsalanacaq. Məsələn, bura müəyyən mövzularda reklamın nümayişi və maraq dairəsini silmək imkanları daxildir.

Güman edilir ki, yeni funksiya 2020-ci ilin birinci rübündə, ABŞ-da prezident seçkiləri ərəfəsində baş tutacaq. Yeni funksiya bütün ölkələrdə əlçatan olacaq. Bu kifayət qədər məntiqli qərardır, çünki son vaxtlar şəbəkədə siyasi reklamlardan çox danışılıb.

Nəticədə, Twitter siyasi reklamları bloklamağa, Google isə sadəcə mövcud reklamlara müəyyən məhdudiyyət qoymaqla kifayətləndi.

Facebook:

Daha az siyasi və sosial reklam görmək – bu insanların sıx xahişidir. Buna görə də biz idarəetməyə yeni element əlavə edirik. Bu isə insanlara platformada daha az siyasi reklam görməyə imkan verəcək.

©Facemark.az