MARKETİNQ

14 Yanvar

IKEA Narnia Salnamələri filmi stilində reklam çəkdi – Video

Mebel və ev üçün malların istehsalçısı IKEA Wardrobe adlı yeni reklam çarxını təqdim edib. Reklam çarxında göstərilir ki, PAX adlı qarderob nə qədər tutumludur.

Fins.az xəbər verir ki, videonun qəhrəmanı olan balaca qızcığaz özünün şkafında təsadüfən nağıl aləmini aşkar edir.

O, şkafın qapısını açır və nağıllar aləminə düşür. Burada məhsullar rəngləri üzrə yerləşdirilib, hər məhsul isə öz yerindədir. Və insanın gözü qarşısında inanılmaz gözəl mənzərə açır. Siz öz əşyalarınızın qaydasında yerləşdirilməsi üçün sistem düşünəndə onlar öz yerlərində çox gözəl görünürlər, eyni zamanda bu kənarda sehrbaz əməli kimi görünür. Sanki nağıla bənzəyir.

“Bu fikir bizi uşaq nağıllarında olduğu kimi xəyali bir qarderob dünyası yaratmağa şövq etdi”, - IKEA Kanadanın brend meneceri Lena Dukiç deyib.

Video çarxın ərsəyə gəlməsində Rethink Canada agentliyi iştirak edib.

©Facemark.az