MARKETİNQ

14 Yanvar

Instagram-da influencer-marketinq ilə bağlı vacib – ARAŞDIRMA

Intagram-da influencerlərin aktivliyi 48% artıb. 2019-cu ildə platformada #ad həştəqi altında 3 milyondan çox post paylaşılıb.

İl ərzində Instagramda#ad həştəqi altında sponsor postların sayı 48% artım göstərib. Əgər 2018-ci ildə belə nəşrlərin sayı 2,1 milyon idisə, 2019-cu ildə isə onların sayı 3 milyona çatıb.

 

Fins.az xəbər verir ki, Klear-ın araşdırmasına görə, belə reklam postlarının 84%-i qadın-influencerlər tərəfindən yerləşdirilib. Ümumiyyətlə Instagram-ın qlobal istifadəçilərinin 52%-ni elə qadınlar təşkil edir.

Ən aktiv influencerlər milleniallardır-54%. Sponsor kontentin yaradıcılarının isə 25-34 yaşı var. Belə kontentin 34%-i isə Z nəslinin (12-24 yaş) payına düşür. 11%-i isə daha yetkin qrup olan 35-49 yaşdır. Instagram-ın auditoriyasında millenial əhəmiyyətli yer tutur. Amma dominat paya sahib deyil. Cəmi 34%.

Markaların ən tələb etdikləri isə mikro influencerlərdir. Onların abunəçilərinin sayı 5-30 000 arasındadır. Onlar aktiv və cəlb edilən istifadəçiləri üçün daha niş məzmunda kontent yaradırlar. Həmçinin onların qiymətləri də daha sərfəli olur.

Klear-dan qeyd edirlər ki, #ad həştəqi ilə paylaşılan postların 89%-i, yəni əsas hissəsi minə qədər layk alır. Bu isə onu göstərir ki, müəyyən səviyyəli bloggerlərə tələbat var.

Influencer-marketinq sahəsində ən aktiv bazarlar ABŞ (42%), Cənubi Koreya, Böyük Britaniya (11%). İlk onluğa daha təvazökar göstəricilərinə baxmayaraq Kanada, İtaliya, Braziliya, Almaniya, Avstraliya, BƏƏ daxildir. Fəaliyyətdə ən nəzərəçarpan artım isə -təxminən 6 dəfədən çox-Cənubi Koreyada, BƏƏ (+430%), Kanada (+370%), İsveç (+360%) olub. Influencerlər ilə əməkdaşlıq edənlərin əsas kateqoriyasını isə moda, səyahət, fitnes təşkil edir. Tədqiqatda deyilir ki, bunlar inluencer-marketinq bazarın 16%-ni təşkil edir.

İnkişaf strategiyasının əsas hissəsini stories formatı təşkil edir. 2018-ci ildə influencerlər orta hesabla gündə 3 stories yerləşdiriblər. 2019-cu ildə 3,6. Storieslərin çoxunun kosmetik vasitələrin (25%-i), geyim/aksessuarların (24%), yeməklərin (19%) reklamı təşkil edir.

2019-cu ildə kreativə yanaşmada dəyişiklik ili oldu. Məsələn, Dove-ın #ArmsUp kampaniyası qadınlar ilə bağlı streotipləri aradan qaldırmaqda köməkçi oldu.

©Facemark.az