MARKETİNQ

14 Yanvar

“Səfillikdən zənginliyə doğru” – milyarderə çevrilən yoxsullar

Heç maraqlanmısınızmı zəngin insanlar necə olub ki, varlı olublar?

Yəqin ki, insanların 90%-i ancaq xüsusi əlaqələr, kriminal əhatə vasitəsilə və ya zəngin valideynlər sayəsində varlanmağın mümkün olduğunu düşünür. Amma aşağıda haqqında bəhs edəcəyimiz şəxslər  sübut ediblər ki, varlanmağın harada doğulmağımız və kim olmağımızla heç bir əlaqəsi yoxdur.

1 . Yan Kum. Hamıya çox yaxşı tanış olan WhatsApp messencerinin yaradıcısı.

Hal-hazırda onun sərvəti 8 mlrd. dollar dəyərləndirilir. Yan Kum Ukraynada anadan olub.

Yaşadığı yerdə su və elektrik problem olub.

16 yaşı olanda ABŞ-a mühacirət edir. Kompüteri özü sərbəst şəkildə öyrənir.

Sonra “Yahoo” şirkətində işə düzəlir, amma bundan əvvəl bir neçə dəfə “Facebook”da işləməyə cəhd edib, lakin istəyi baş tutmayıb.

Yan öz məhsulunun ideyasını düşünəndə məhz Facebook bunu ondan 16 mlrd. dollara alır və Yan Kum Zuckerbergdən sonra ikinci ən iri səhmdar olur.

2 . Jack Ma. O, Alibaba, Aliexpress və Ali Group-un qurucusudur. Sadə çinli ailədə anadan olub. Hesablarında heç vaxt milyonlara pul olmayıb.

Jack Ma bir neçə dəfə kollecə daxil olmaq üçün özünü sınayıb, amma riyaziyyatdan zəif olduğu üçün alınmayıb.

Ancaq pedaqoji kolleci bitirməklə kifayətlənir və bundan sonra aya 12 dollara müəllim işləyir.

Siz necə, bacarardınız? Amma bu, ona 25 mlrd. dollar kapitalizasiyalı korporasiya qurmağa mane olmadı.

3 . Volt Disney. Onu brend-adam da adlandırmaq olar.

“Kral şir”, “Gözəl və bədheybət”, “Ələddin” və bir çox başqa cizgi filmləri onun adı ilə bağlıdır.

Bu dahi şəxsiyyət heç də asan həyat şəraitində böyüməyib. Ailədə 5 uşaq olublar.

Uşaqlıqda dolanışıq üçün öz şəkillərini satıb. Həmin gəlirindən cəmi 20 dollar qazanmaqla Hollivudu fəth etməyə yollanır.

O vaxtdan artıq iri addımlarla karyeraya başlayır. Bugün onun şirkəti 90 milyard dollar dəyərləndirilir.

Deyə bilərik ki, əslində belə insanların sayı çoxdur və hətta o qədər ki, sadalamağa və barələrində bəhs etməyə günlər yetməz.

Həyatda təkcə əlaqələr və “blat” deyil, istək və motivasiya da həlledicidir.