MARKETİNQ

14 Yanvar

Nike Çin Yeni ili ərəfəsində qaçan qız ilə bağlı reklam çəkdi – Video

İdman mallarının və ayaqqabılarının istehsalçısı Nike Çin Yeni ili ərəfəsində reklam çarxı çəkib.

Fins.az xəbər verir ki, çarx Ads of the world portalı üzərindən paylaşılıb.

Çin ənənəsinə görə, bu bayramda böyüklər uşaqlara “xunbao” adlanan qırmızı rəngdə konvert verir. Ancaq videonun qəhrəmanının anası bu cür hədiyyələri qəbul etməyi ona icazə vermir. Xala isə öz bacısı qızına hədiyyəni vermək üçün min cür hiylələrə əl atır, onun arxasıyca qaçır. İldən-ildə isə, hər dəfə Yeni ildə onların qarşıdurması sadəcə daha da kəskinləşir. O, hətta böyüdükdən sonra zəhlətökən belə qohumdan qaçmaq üçün dağlara qaçır. Amma budur xala bu dəfə isə Çində məşhur olan messencer WeChat üzərindən ona “xunbao” göndərir.

Bu dəfə isə xala və qız yerlərini dəyişir. Bu dəfə qız böyüyür və qohumlarını başına yığır, indi isə o içərisində pul olan qırmızı zərfi verməlidir. Növbəti Yeni ildə isə onların dadına Nike krassovkaları çatır. Belə ki, xala qızından qaçmaq ancaq bu yolla mümkündür.

©Facemark.az