MARKETİNQ

14 Yanvar

Planetin ən səxavətli zəngin adamı

Azim Premji 1945-ci ildə 24 iyulda müsəlman qucarat ( hind-ari mənşəli xalq) ailəsində anadan olub. Babası düyü maqnatı olub, atası  Məhəmməd isə bitki yağları işinə baxırdı. Ailə nəinki tam təminatlı hətta hədsiz dərəcədə zəngin idi.

Pakistan dövlətinin banisi sayılan müsəlman siyasətçi Muhammad Ali Jinnah Azimin atasını onun ölkəsinə köçməyə dəvət etmək üçün şəxsən özü Hindistana gəlir. Amma Azimin atası siyasətçinin dəvətini qəbul etmir, çünki o, hind xalqına xidmət etmək istəyirdi.

Muhammad çox işləyirdi və oğlunun həyatda hər şeyin ən yaxşısına nail olmasını azrulayırdı.

18  yaşında olanda ailə oğlanlarını ABŞ-a Stenford universitetinə təhsil almağa göndərir. Orada o, elektrotexnikanın əsasları üzrə oxuyur. Amma 3 ildən sonra Azim atası ağır xəstələndiyindən təhsilini yarımçıq qoyub Hindistana qayıtmalı olur.

Atası ilə vidalaşa bilmədi və  çox gənc yaşlarından ailə biznesini öz üzərinə götürməli oldu. Həmin vaxtları o, belə xatırlayır: “ Mən nədən başlamalı olduğmu bilmədim. Hər şey sanki darmadağın olmuşdu və biznesi yenidən işə salmağı öyrənmək məcburiyyətində qaldım”.

Gənc sahibkar yavaş-yavaş işə girişir və çoxlu pullar qazanmağa başlayır.

Amma kompüterə həvəsi və marağı daha çox olduğu üçün ona həmişə elə gəlib ki, bu iş onluq deyil. Ancaq nə etməli? “Əli yağla oynamalı olur”. Azim ailə biznesini və Wipro korporasiyasını işə salmaq qərarına gəlir. Yağ istehsalı ilə məşğul olan gənc gözlənilmədən informasiya texnologiyaları sahəsində də xidmətlərə başlayır.

Azimin kapitalı çox olduğundan planlarını tez bir zamanda həyata keçirə bilir. Əlinə çoxlu pullar gəlirdi və 1970-ci ilin əvvəllərində şirkət Hindistanda liderə çevrilməklə yanaşı, qərbdəki nəhəngləri də irəli çəkdi.

Zənginlik Azimi yolundan azdırmadı və o, nə pullarından sui-istifadə edib elit əmlaklar dalınca qaçdı nə də şəxsi avialaynerlər aldı.

O, öz ölkəsinə aktiv şəkildə yatırım etməyə və məktəblər açdırmağa başladı. Həmin məktəblərdə ailə gəlirlərindən asılı olmayaraq bütün uşaqlar təhsil ala bilərdilər.

Azim Premji və onun Wipro korporasiyası Hindistanda təhsilin və səhiyyənin inkişafına böyük məbləğdə pullar qoyur. 2010-cu ildə Azim  özəl universitet yaradır və orada ildə 1300 mütəxəssis məzun olur. Gələcək üçün sahibkar bu rəqəmi 5000-ə çatdırmaq niyyətindədir.

“Mənim məqsədim heç vaxt pul olmayıb. Pul mənim üçün sadəcə dünyanı yaxşı tərəfinə çevirməyə imkan verən bir resursdur. Mən pul qazanmışam və cəsarətli ideyalar həyata keçirmək naminə daha artıq imkanlar əldə etmək üçün qazanmaqda da davam edəcəm” – Azim deyib.

Bizneslə məşğul olduğu bütün müddət ərzində Azim 21 milyard dollardan çox ianə edib. Bu xeyirxah insan nail olduqları ilə kifayətlənmək fikrində deyil və bugün 74 yaşında o, biznesin fəal şəkildə inkişafını və planlar qurmağı davam etdirir.