Rusiya bazarına Coca-Cola brendi altında-Coca-Cola Energy birinci energetik içki buraxılır.
Fins.az xəbər verir ki, Coca-Cola Energy-nin yaradılması vaxtı şirkətin rəhbərliyi istehlakçıların gözləntilərini əsas tutub. Parlaq və orijinal qablaşdırma yeni məhsulun dinamikliyini əks etdirir.
Yeni məhsul 250 ml qablaşdırmada əlçatandır. Məhsulun tərkibində taurin yoxdur. Onun tərkibində təbii mənbələrdən kofein və guarananın cövhəri və B vitamini qrupu daxildir. Beləliklə, demək olar ki, Coca-Cola Energy müxtəlif növ içki istehlakçılarına xitab edəcək tərkibə malikdir.
Bildirilir ki, yeni məhsul 2020-ci ildə innovatik marketinq kampaniyası ilə də dəstəklənəcək.
Coca-Cola Energy-nin bütün dünya bazarında çıxışı 2019-cu ilin aprelində baş tutub. Hazırda məhsul Rusiya da daxil olmaqla, 25 ölkədə əlçatandır. 2020-ci ildə məhsulun buraxıldığı ilk bazarlardan biri isə məhz ABŞ olacaq.
© Facemark