MARKETİNQ

08 Yanvar

Şokolad markası, Kinder Yeni il ilə bağlı dijital kampaniya buraxdı – Video

Yeni il sehrli bir bayramdır və bu gündə ən əlçatmaz arzular reallaşır. Hər bir uşaq Kinder Şaxta Baba-nı görməyi və ondan hədiyyə almağı arzulayır.

Fins.az xəbər verir ki, bu il uşaqlar Şaxta Babanın qonağı ola, onun malikanəsinə baş çəkə, fərqli otaqları gəzə, tampacaları həll edə və Kinder Şaxta Baba ilə birlikdə ən sehrli hədiyyəni hazırlaya bilərlər.

Yeni il sehrli bir bayramdır və bu gündə ən əlçatmaz arzuların reallaşdığını deyirlər. Hər bir uşaq isə Kinder Şaxta Baba-nı görməyi və ondan hədiyyə almağı xəyal edir. Əlbəttə ki, onlar dadlı Kinder hədiyyələri alacaqlar.

Buna görə isə Kinder-in artıq ənənə halına alan və beş ildir ki, Rusiyada həyata keçirilən Yeni il kampaniyasına borcluyuq.

Şaxta Baba-nın virtual malikanəsinə getmək və unikal video təbrik mesajı almaq üçün isə şirkətin saytına daxil olmaq və daha sonra isə rahat formanı doldurmaq lazımdır.

Şaxta Baba-dan Yeni il təbriki və hədiyyə isə hər bir uşağa özəl olacaq. Və video təbrikdə uşağın adı səslənəcək. Şaxta Baba-dan Yeni il hədiyyəsini isə uşağın valideynləri və ya yaxınları şirkətin oflayn və ya onlayn mağazalarından əldə edə bilərlər.

© Facemark