2019-cu ilin ən yaxşı albomlarının adları açıqlanıb.
“People” nəşrinin hazırladığı siyahıda albomların hamısının müəllifinin qadın olması diqqət çəkib.
Siyahının ilk pillələrində Ariana Qrandenin “Thank u, next”, Lizzonun “Cuz I Love You” və Teylor Sviftin “Lover” albomları yer alıb.
17 yaşlı Billi Aylişin “When We All Fall Asleep”, “Where Do De Go?”, Lana Del Reyin “Norman F-Rockwell” və Beyonsun “Homecoming: The Live Album” albomları da siyahıya düşməyi bacarıb.
Bununla yanaşı, onluğa Maren Morrisin “Girl”, Ari Lennoksun “She Butter Baby”, Karli Rey Cepsenin “Dedicated” və Brittani Hovardın “Jaima” albomları düşüb.