MARKETİNQ

25 Dekabr

“WeWork” qurucusunun sərvəti IPO-dan sonra yüz milyonlarla dollar arta bilər

“WeWork” şəbəkəsinin qurucusu Adam Noymann payızda təqribən 1,7 milyard dollar alaraq şirkəti tərk etmişdir.

Banker.az “Forbes”ə istinadən xəbər verir ki, bu məbləğ IPO keçirildiyi təqdirdə əhəmiyyətli dərəcədə arta bilər, “Financial Times” yazır. Qeyd edək ki, “WeWork” un əsas səhmdarı Yaponiyanın “SoftBank” şirkətidir. Oktyabr ayında “WeWork” u tərk etdikdə, razılaşmanın şərlərinə görə Adam Noymann səhmdarından təqribən 1,7 milyard dollarlıq pay almışdır.

 

Şirkət IPO keçirildiyi təqdirdə bu məbləğ əhəmiyyətli dərəcədə artacaqdır – yüz milyonlarla dollar.

Adam Noymann, “WeWork” və “SoftBank” məsələyə şərh bildirməkdən imtina ediblər.

Xatırladaq ki, “WeWork” şəbəkəsinin dağılması prosesi şirkətin IPO ilə bağlı planların pozulması səbəbindən başlamışdır. Startapın kapitallaşması cəmi bir neçə həftə ərzində 47 milyard dollardan 8 milyard dollara düşdü. “SoftBank” nəzarəti öz əlinə almaq üçün 3 milyard dollar xərcləməli olub.