Facebook və Instagram-da influencerlər daha veypin (elektron siqaret), həmçini tütün məmulatları və silahların reklamını edə bilməyəcəklər. Yəni, brendlər artıq daxili alətlərin köməyi ilə sponsor postların əhatə dairəsini artıra bilməyəcəklər.
Fins.az-ın məlumatına görə, bu haqda CNBC nəşri məlumat yayıb.
Yeni qaydalar isə yaxın həftələrdə qüvvəyə minəcək. Instagram-da istifadəçi postlarına sponsor olma imkanı iyun ayında meydana çıxıb.
“Firma kontent”-i, adi postlar ilə müqayisədə daha böyük əhatə dairəsinə malik olur. Belə postların yanında xüsusi işarələnmə ilə onların marka ilə əməkdaşlıq etdiyinə dair nişan olur. Nəşr yazır ki, bu dəyişiklik Facebook-un reklam siyasətində olan boşluqları aradan qaldırıb.
Qeyd edək ki, Facebook-un reklam siyasəti onsuz da veypinq, tütün məmulatları, silahların reklamını qadağa edir. Amma adi istifadəçilər isə belə informasiyaları paylaşa bilirdilər. Reklamverənlər də bu cür yayımlarda teorik olaraq pullu reklamlar yerləşdirə bilirdilər.
Qeyd edək ki, bu qadağaya qədər isə Böyük Britaniyanın Reklam Standartları üzrə İdarəsi üç tütün istehsalçı şrikətə influencer-bloggerlər vasitəsi ilə belə reklamların yayılması ilə bağlı xəbərdarlıq etmişdi.
Tənzimləyiçi korporasiyanı Instagram-da reklam qaydalarını pozmaqda ittiham edib və açıq profillərdə veypinq reklamını qadağa edilməsini tələb edib.
© Facemark