MARKETİNQ

19 Dekabr

“Financial Times” 2019-cu ilin adamını seçdi

“Financial Times” qəzeti 2019-cu ilin adamını seçib.

Fins.az-ın məlumatına görə, bu ada “Microsoft” şirkətinin baş direktoru Satya Nadella layiq görülüb.

S.Nadella bu vəzifəyə 2014-cü ildə təyin olunub və bu müddət ərzində şirkətin kapitallaşması 1 trilyon dolları keçib.

Təkcə 2019-cu ildə “Microsoft”un səhmləri 50 faiz bahalaşıb.