Bütün sahələrdə olduğu kimi marketinq sahəsində də geridə qoyduğunuz ildə maraqlı hadisələr baş verib.
Fins.az 2019-cu ildə marketinq sahəsində baş verən maraqlı məlumatları xatırladır.
Yanvar
"MasterCard" ödəmə sistemi öz loqotipindən şirkətin adını götürüb. Onun üzərində yalnız bir-biri ilə kəsişən qırmızı və sarı dairələr qalıb.
“Azəri Star Mikromaliyyə” MMC bank olmayan kredit təşkilatı (BOKT) adını “Ecofinance”a dəyişib
Fevral
Amerika Marketinq Assosiasiyası 2019-cu il üçün “Marketing Hall of Fame” çağırışçılarını seçib. Bu üç marketoloq – Unilever-in CMO-su Keyt Uid, Adobe-un Vitse Prezidenti, eləcə də CMO-su Enn Luens və reklam sahəsində vacib xanımlarından biri sayılan, DDB Worldwide-ın CEO-su Uendi Klarkdır.
Mart
Estoniyanın Azərbaycanda da fəaliyyət göstərən məşhur taksi şirkəti “Taxify” adını “Bolt”a dəyişdi. .
Aprel
Google siyasi reklamların yerləşdirilməsini məhdudlaşdırıb.s
May
Nike Amazonda öz mallarının satışından imtina edib.
İyun
Azercell rebrendinq edib.. "Azercell" şirkəti abonentlərinə yenilənmiş loqosunu və yeni şüarını təqdim edib.
İyul
“Facebook” loqosunu dəyişib
Warner Bros. özünün yeni loqotipini təqdim edib.
Avqust
Amazon pulsuz musiqi striminq xidmətini təqdim etdi
Sentyabr
Ferrero 29 ildə ilk dəfə Raffaello-nun yeni dadını təqdim etdi. Ferrero şirkəti Raffaello-nun yeni dadını – moruq-malina dadında, bazara buraxıb.
Oktyabr
ABŞ, Fransa və Hindistandan olan alimlər iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüblər.
5G texnologiyası bir çox ölkələrdə sınaqdan keçirilib.
“Disney” öz telekanallarında “Netflix” reklamlarını qadağan edib
“Reynolds and Reyner” Devid Bekhemin ətrinin dizaynını təqdim edib.
Noyabr
“Adidas” yeni krossovkalarını “Ulduz müharibələri” filminin qəhrəmanlarına həsr edib
“Ecofinance” BOKT əvvəlki adını bərpa etdi. BOKT yenidən “Azəri Star Mikromaliyyə” adı ilə fəaliyyət göstərir.
Nikoil Bank yeni adını və korporativ stilini təqdim etdi.
“Rabitəbank” rebrendinq etdi
“SpaceX” şirkətinin rəhbəri İlon Mask Marsa insan göndərməyi planlaşdırdıqları kosmik gəmisi “Starship”i təqdim etdi
Dekabr
“LinkedIn” rebrendinq etdi
“Yandex” şirkəti TADA adlı yeni bir ticarət markasını qeydiyyata aldı.
Kosmetik şirkət olan Foreo “Qara Cümə”də 10 milyon dollardan çox vəsait itirdi.
“Bestcomp Group” şirkəti rebrendinq edib.