Coca Cola Company-də yenidən marketinq üzrə qlobal direktor vəzifəsi yaradılıb.
Fins.az-ın məlumatına görə, AdAge nəşri yazır ki, bu vəzifəni şirkətin əməkdarı olan Manola Aroyo icra edəcək.
Top-menecerin yeni rolu Asiya-Sakit okean biznesi ilə birləşdiriləcək. CMO (Chief Marketing Officer) vəzifəsindən iki il əvvəl imtina edilmişdi. Həmin vaxt kompaniya aktiv şəkildə restrukturizasiya həyata keçirirdi və pensiyaya gedən Markos de Kintonun yerinə bir başqasını axtarmadı.
Bundan sonra, Coca-Cola FMCG sektorunda nəhəng brendlərindən birini izləyərək artım və inkişaf üzrə direktor vəzifəsini təsis etdi. 2017-ci ildən bu günə qədər isə adıçəkilən vəzifəni Fransisko Krespo icra edirdi.
Müsahibələrinin birində o demişdi ki, korporasiya bir çox prosesləri sadələşdirməyi və idarəetmə sferasında şəffaflığı əldə etməyi bacardı.
Qeyd edək ki, daha əvvəl bir başqa korporasiya, Unilever də CMO vəzifəsini ləğv etmişdi. FMCG-nəhəngi digital və marketinq üzrə direktor vəzifəsi təsis etdi və ona Konni Braamsı rəhbər olaraq qoydu. Onun səfəfi məşhur marketoloq Kit Vid isə baş direktorun dəyişməsindən sonra, mayda şirkəti tərk etdi.
© Facemark