MARKETİNQ

17 Dekabr

KIA loqotipini dəyişə bilər - Foto

Avtomobil istehsalçısı KIA yaxın zamanlarda özünün loqotipini dəyişə bilər.

Finsaz-ın məlumatına görə, bu haqda avtomobil bazarı haqqında son məlumatları paylaşan Motor1 nəşri yazır.

Nəşrin yazdığına görə, şirkət bu istiqamətdə bir neçə dəfə Cənubi Koreyanın mülkiyyət haqları və patent Bürosuna yeni emblemin qeydiyyata alınması ilə bağlı müraciət edib.

26 noyabrda təqdim edilmiş KIA-nın yeni loqotip variantı qırmızı və qara tonlarda olub. Hərflər isə bir-birinə birləşdirilib.

Ancaq qeyd olunur ki, avtomobil istehsalçısı yeni loqotipin rəsmiləşdirilməsi üçün Koreya hakimiyyətindən cavab almayıb.

Bundan başqa, ilin əvvəlində isə şirkət yeni loqotip variantını da təqdim etmişdi.

Qeyd edək ki, Ceneverdə KIA maşınlarının təqdim olunduğu avtosalonda loqotip patent sifarişlərində olduğu kimi olub. Amma bircə fərqi var idi. O da loqotipdəki rənglərin ağ olması idi.

Xatırlatmaq yerinə düşər ki, sentyabrda daha bir avtomobil istehsalçıcı Volkswagen də öz loqotipini yeniləmişdi.

Yeni loqotip versiyaları

 

Hazırda işlənən loqotip