“OpenAI” şirkətinin “ChatGPT” çat-botu Azərbaycan bazarında lider mövqeyini qoruyub saxlayıb.
Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən xəbər verir ki, oktyabr ayında “ChatGPT”dən istifadə 81,35%-ə çatıb və sentyabr ayı ilə müqayisədə 0,26 faiz bəndi artıb.
Digər populyar çat-botların bazar payı isə belə olub:
- Perplexity – 11,03%
- Microsoft Copilot – 3,47%
- Google Gemini – 3,02%
- Claude – 1,02%
Beləliklə, “ChatGPT” Azərbaycanda çat-bot istifadəçiləri arasında ən çox üstünlük verilən platformadır və bazar payı digər rəqiblərinə nisbətən əhəmiyyətli dərəcədə yüksəkdir.
Fuad Mədətov
Finss.az
