IKT

24 İyul

SpaceX AST SpaceMobile-in peyk planlarına etiraz edib

Finss.az - ABŞ-ın kosmik nəhəngi SpaceX, AST SpaceMobile-in Yerə yaxın orbitdə yerləşdirəcəyi BlueBird peyk qruplaşması ilə bağlı narahatlığını bildirib.

Şirkət ABŞ Federal Rabitə Komissiyasına (FCC) ünvanladığı məktubda qeyd edib ki, bu layihə kosmosda toqquşma və tullantı risklərini artıraraq digər operatorların fəaliyyətinə təhlükə yarada bilər.

SpaceX-in iddiasına görə, Texasda yerləşən startap kosmosdakı riskləri düzgün qiymətləndirmir. Maraqlıdır ki, AST SpaceMobile isə daha əvvəl SpaceX-i rəqibləri gözdən salmaqda ittiham etmişdi.

Hazırda orbitdəki peyklərin təxminən 60%-nə nəzarət edən SpaceX-in özü də bu sahədə tez-tez toqquşma riskləri ilə üzləşir. Mübahisəli BlueBird layihəsi çərçivəsində AST SpaceMobile gələcəkdə daha 243 peyk buraxmağı planlaşdırır.