Finss.az - İlon Maskın rəhbərliyi altında fəaliyyət göstərən Neuralink şirkəti ABŞ Kiçik Biznes Administrasiyasına (SBA) təqdim etdiyi sənədlə “Kiçik Məhdud İmkanlı Biznes” (SDB) statusu qazanıb.
Bu addım, şirkətin iyunun əvvəlində $9 milyard dəyərində qiymətləndirilərək $650 milyonluq yeni investisiya raundunu tamamlamasından öncə reallaşıb.
SDB statusu sosial və iqtisadi baxımdan əlilliyi olan fərdlərə məxsus şirkətlərə verilən xüsusi hüquqlardır. Bu status şirkətə müxtəlif dövlət dəstək proqramları və dövlət müqavilələrinə çıxış imkanı yaradır. ABŞ Ədliyyə Nazirliyi əvvəlki illərdə bu statusdan sui-istifadə edən şirkətlərə qarşı ciddi tədbirlər həyata keçirib.
Neuralink-in əlaqə şəxsi kimi İlon Maskın maliyyə idarəçisi və ailə ofisinin rəhbəri Cared Berçall qeyd olunub. Şirkət Nevadada fəaliyyət göstərir və yeni maliyyə resurslarını xəstələrin müalicəsinin genişləndirilməsi və beyinlə süni intellekt arasındakı əlaqəni gücləndirəcək yeni cihazların hazırlanmasına yönəldəcək.
Neuralink “beyin-kompüter interfeysi” (BCI) texnologiyası üzərində ixtisaslaşıb. Bu texnologiyanın əsas məqsədi ağır ifliclə mübarizə aparan insanlara yardım etməkdir. BCI vasitəsilə beyin siqnalları əmrlərə çevrilərək istifadəçiyə yalnız düşüncə ilə xarici cihazları idarə etməyə imkan verir.