IKT

11 İyul

Nvidia-nın bazar dəyəri 4 trilyon dolları heçdi

Finss.az - ABŞ-n aparıcı qrafik prosessoru istehsalçısı Nvidia Corp.-un səhmləri cümə axşamı günü 0,75% artaraq 164,1 dollara yüksəldi.

Bu artım nəticəsində şirkətin bazar dəyəri ilk dəfə olaraq 4 trilyon dolları aşdı.

9 iyul çərşənbə günü bazar dəyəri qısa müddətə 4 trilyon dollar səviyyəsinə qalxsa da, günün sonunda 3,974 trilyon dollara düşmüşdü. Lakin bu dəfə Nvidia bu yüksək səviyyədə möhkəmlənməyi bacardı və tarixi həddi keçdi.

Nvidia səhmləri bu ilin əvvəlindən bəri, aprel ayında 94,31 dollara qədər enməsinə baxmayaraq, güclü artım nümayiş etdirib. Maliyyə analitikləri səhmlərin daha da qiymətlənəcəyini proqnozlaşdırırlar. Barclays şirkətinin təhlilçiləri Nvidia səhmlərinin ədalətli qiymətini 200 dollar, Loop Capital isə 250 dollar səviyyəsində qiymətləndirir. Bu, bazar dəyərinin müvafiq olaraq 4,9 və 6 trilyon dollara çatması deməkdir.