IKT

04 İyul

Amazon milyonuncu robotu işə götürdü

Finss.az - ABŞ-n texnologiya nəhəngi Amazon milyonuncu robotunu sifariş emalı mərkəzlərində işə cəlb etdiyini açıqlayıb.

Şirkət bildirir ki, yeni robot Yaponiyadakı mərkəzdə fəaliyyətə başlayıb.

2025-ci ilin iyul ayına olan məlumata görə, Amazon-un qlobal logistika şəbəkəsində artıq 1 milyondan çox robot fəaliyyət göstərir. Bu robotlar 1,56 milyon insan işçisi ilə paralel çalışır. Şirkət anbarların avtomatlaşdırılması prosesinə 2012-ci ildə Kiva Systems şirkətini alaraq start vermişdi.

Son dörd ildə Amazon-un işçi heyəti 40 min nəfər azalıb. Hazırda bir anbara düşən əməkdaş sayı orta hesabla 670 nəfər təşkil edir ki, bu da son 20 ilin ən aşağı göstəricisidir.

Amazon-un avtomatlaşdırma planları anbarlarla məhdudlaşmır. Artıq San-Fransiskoda “insanabənzər robot parkı” fəaliyyətə başlayıb. Bu məkanda robotlara bağlama çatdırılması üzrə təlimlər keçirilir.