Finss.az - ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə başlanan ticarət müharibəsi fonunda Avropa İttifaqı amerikalı bulud xidmətlərinə yüksək dərəcədə asılı olduğundan, ABŞ Avropanın internetinə nəzarəti kəsmək potensialına malikdir.
Bu barədə Avropanın nüfuzlu nəşri Politico ekspertlərə istinadla xəbər verib.
Analitiklər bildirirlər ki, Trampın iqtisadi maraqlara ciddi zərbə vurmaq üçün interneti məhdudlaşdırmaq və ya digər sərt addımlar atmaq ehtimalı altı ay öncə olduğundan daha realdır.
ABŞ şirkətləri bulud texnologiyaları sahəsində Avropa bazarının 70%-dən çoxunu ələ keçirib və süni intellekt sahəsində də Avropa İttifaqından xeyli öndədir. Eyni zamanda, Avropanın mikroprosessor istehsalındakı payı dünya bazarında təxminən 10%-ə enib.
Ekspertlər bildirirlər ki, Avropanın texnoloji müstəqilliyinin təmin olunması üçün ciddi addımlar atılmalıdır.