Bu il qlobal süni intellekt bazarının 500 milyard ABŞ dolları dəyərinə çatacağı gözlənilir. Süni intellektin inkişafı və tətbiqi sahəsindəki bu möhtəşəm artım, xüsusən də "6th AI Data Forum"da geniş müzakirə olundu.
Finss.az xəbər verir ki, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) İcraçı direktoru Fariz Cəfərovun dediklərinə görə, 2030-cu ilə qədər bu rəqəm 1,8 trilyon dollara yüksələcək.
Süni intellekt texnologiyalarının təsiri isə təkcə bazar dəyəri ilə ölçülmür. F.Cəfərovun vurğuladığına görə, 2030-cu ildə süni intellekt qlobal ÜDM-ə 15,7 trilyon dollardan çox əlavə dəyər qatacaq. Bu isə, dünya iqtisadiyyatında süni intellektin necə əhəmiyyətli bir rola malik olacağını bir daha göstərir.
Hazırda şirkətlərin 61%-i öz əməliyyatlarında süni intellekt texnologiyalarını tətbiq edir. ChatGBT, Gemini, Cloud kimi süni intellekt modelləri hər gün 100 milyondan çox insan tərəfindən istifadə edilir. Bu rəqəmlər süni intellektin artıq bizim həyatımızın ayrılmaz bir hissəsi halına gəldiyini və gələcəkdə bu texnologiyanın daha da sürətlə inkişaf edəcəyini göstərir.