IKT

11 Mart

Azərbaycanda genişzolaqlı internetə çıxış 13 dəfə artıb

Finss.az - Son 4 ildə Azərbaycanda sabit genişzolaqlı, yüksəksürətli internetə çıxış imkanı yaradılaraq, internetlə təmin olunmuş təsərrüfatların sayı 13 dəfə artaraq 3 milyona çatıb.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev “Rəqəmsallaşmada yeni mərhələ” tədbirində çıxışı zamanı bildirib ki, "Onlayn Azərbaycan" layihəsi ölkədə hər kəsin internetə və rəqəmsal texnologiyalara çıxışını təmin etməyi hədəfləyir. Bu layihənin məqsədi rəqəmsal texnologiyaların insanların və cəmiyyətlərin inkişafına və dayanıqlı məqsədlərə çatmağa kömək etməsidir. Ş.Babayev, bu texnologiyaların planetimiz üçün faydalar təklif edərək, sürətlənmiş inkişaf yaratdığını vurğulayıb.

Zemfira Ms
Finss.az