Finss.az - Dünyanın ən populyar internet brauzeri olan "Google Chrome"da 16 zərərli əlavənin aşkarlanması ilə bağlı xəbər yayımlanıb.
Təhlükəsizlik araşdırmalarına görə, bu əlavələrdən 3,2 milyondan çox istifadəçi təsirlənib.
GitLab Threat Intelligence qrupunun apardığı araşdırmaya əsasən, bu zərərli əlavələr istifadəçilərin brauzerində boşluqlar yaradır və reklam fırıldaqçılığı ilə axtarış sistemi manipulyasiyasına yol açır. Mütəxəssislər bildirirlər ki, bu əlavələr əvvəlcə təhlükəsiz olub, lakin sonradan hakerlər tərəfindən ələ keçirilərək zərərli yeniləmələrə məruz qalıb.
Araşdırmalar göstərib ki, zərərli kodlar vasitəsilə şəxsi məlumatlar oğurlanır, istifadəçilər aldadıcı vebsaytlara yönləndirilir və leqal reklamlar dəyişdirilir.
Bu əlavələri dərhal silməyiniz məsləhət görülür:
- Adblocker for Chrome
- Adblock for You
- Nimble Capture
- KProxy
- Page Refresh
- Wistia Video Downloader
- WAToolKit
- Blipshot
- Emojis (Emoji Klavyesi)
- Color Changer For YouTube
- Video Effects for YouTube and Audio Enhancer
- Themes for Chrome and YouTube Picture in Picture
- Mike Adblock für Chrome
- Super Dark Mode
- Emoji Keyboard Emojis for Chrome
Google artıq bu zərərli əlavələri Chrome Web Mağazasından silib. Ancaq daha əvvəl bu əlavələrdən birini yükləmisinizsə, onu dərhal silməyiniz və cihazınızı virus yoxlamasından keçirməyiniz tövsiyə olunur.