Finss.az - Azərbaycan 2025/26 mövsümündə UEFA əmsallar cədvəlindəki xallarını 0.500-ə çatdırıb.
Bu nəticə "Qarabağ", "Zirə" və "Sabah" klublarının son çıxışları sayəsində mümkün olub.
"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyada "Şelburn" üzərində inamlı qələbə (3:0) qazanaraq ölkə reytinqinə 0.250 xal əlavə edib. "Zirə" isə Konfrans Liqasının eyni mərhələsində Xorvatiyanın "Hayduk" klubu ilə ev oyununda 1:1 hesablı heç-heçə ilə 0.125 xal qazandırıb. "Sabah" isə Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında "Selye" ilə səfər oyununda heç-heçə edərək əlavə 0.125 xal təmin edib.
Hazırda Azərbaycanın UEFA reytinqində ümumi xalı 17.625-dir və ölkə 29-cu pillədə mövqeyini qoruyur. 28-ci pillədə 18.225 xalla Ukrayna, 30-cu yerdə isə 16.625 xalla Bolqarıstan qərarlaşıb.
Əmsallar cədvəlinə 94.839 xalla İngiltərə başçılıq edir.