Finss.az - Azərbaycanlı iş adamı Tufan Sadıqov Türkiyənin I Liqa klubu “Serik Belediyespor”dakı investisiyalarını genişləndirir.
Klubun səhmlərinin 50%-nə sahib olan Sadıqov bu dəfə oğlunu – 24 yaşlı hücumçu İlya Sadıqovu komandaya transfer edib. Futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Eyni zamanda klubun baş məşqçisi, tanınmış rusiyalı mütəxəssis Sergey Yuran da öz oğlunu – 28 yaşlı sağ cinah müdafiəçisi Artyom Yuranı komandaya gətirib. O, 2025/2026 mövsümündə Antalya təmsilçisinin heyətində çıxış edəcək.
Mütəxəssislər bu transferlərin həm idman, həm də klubun korporativ strukturunda ailə təsirini gücləndirdiyini bildirirlər.